UEFA Avropa Liqasında mübarizə aparmaqla yanaşı, Azərbaycan Premyer Liqasında çempionluq üçün yarışan "Qarabağ" heyətini gücləndirmək fikrindədir.
Newsport.az-ın məlumatına görə, yerli oyunçu axtarışlarını davam etdirən ağdamlılar "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayevi hədəfinə alıb. "Köhlən atlar" Azərbaycan millisinin üzvünü 500 min avro qarşılığında rənglərinə bağlamaq istəyir.
"Sabah" müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq 28 yaşlı futbolçunu komandada saxlamaq istədiyi üçün bu təklifi nəzərdən keçirmir. Buna baxmayaraq, qış fasiləsində transfer danışıqlarının sürətlənəcəyi gözlənilir.
Pressing.az