“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının 17-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır.

Newsport.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər. Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right