"Neftçi" legioneri ilə yollarını ayırdı Rəsmi

"Neftçi"də gözlənilməz ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Kenni Sayeflə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vingerin şəxsi səbəblərə görə "ağ-qaralar"ı tərk etdiyi bildirilib.

Qeyd edək ki, Kenni Sayef 2022-ci ilin yayından "Neftçi"də çıxış edirdi. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right