Yuri Matias: "Neftçi" ilə böyük nailiyyətlər əldə etmək istəyirəm"

"Karyeram ərzində harada oynamışamsa, ən azı 3 il orada qalmışam və uğurlu olmaq üçün çalışmışam. Bu kluba gələndə hər kəs məni yaxşı qarşıladı və bundan motivasiya aldım. "Neftçi" ilə böyük nailiyyətlər əldə etmək istəyirəm".

Newsport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi qarşılaşmalarda çox vərəqə almasına toxunub: "Bu, normal deyil. Vərəqə sayı çoxdur. Burada hakimlərlə danışdığım üçün daha çox cəzalanıram. Əvvəl çıxış etdiyim liqalarda belə deyildi. Artıq özümü daha təmkinli aparmağa çalışıram".

Braziliyalı oyunçu Azərbaycan Premyer Liqasında hər komandanın digərindən xal ala bildiyini də sözlərinə əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right