"Zirə" xərəkdaşıyanlara görə cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, bu gün keçirilən toplantıda Əvəzedicilər liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununun 82-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zirə-2” komandası 80 manat cərimə edilir (maddə 74.1).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right