"Səbail" - "Qəbələ" matçının başlama saatı dəyişdirildi

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Səbail”  və “Qəbələ” komandaları arasında keçiriləcək oyununun vaxtı dəyişdirilib. 

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, buna "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etməsi səbəb olub.

 “Səbail”  klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırılıb. PFL-in yekun qərarına əsasən oynanılması əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasıına qərar verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right