“Təslim olmaq niyyətində deyilik” – Arif Daşdəmirov

"Bizim üçün çətin və maraqlı oyun olacaq. "Krasnodar” Rusiya Premyer Liqasında stabil oyun nümayiş etdirə bilmir.  Ola bilər ki, onlar əsas güclərini Avropa Liqası oyunlarına saxlasınlar. 
Bu sözlər "Qəbələ”nin futbolçusu Arif Daşdəmirova aiddir.

O, "Krasnodar”la oyunöncəsi fikirlərini Newsport.az saytı ilə bölüşüb. Daşdəmirov meydanda layiqincə mübarizə aparacaqlarını və vətənə sərfəli nəticə ilə dönmək əzmində oilduqlarını dilə gətirib: 
"Krasnodar” ölkəsinin ən öndə gedən komandalarından biridir. Onların Ari, Smolov və Joaozinyo kimi güclü futbolçuları var.  Rəqibin Avropa Liqasında "Borussiya”ya qarşı oyununu izlədim. Sanki ev sahibi "Krasnodar” idi.  Çox yaxşı futbol sərgilədilər. Amma biz təslim olmaq niyyətində deyilik. Bütün gücümüzlə oynayacağıq.”

 

Qeyd edək ki, "Krasnodar” – "Qəbələ” matçı sabah 00:05-də başlayacaq. Oyun "Kuban” stadionunda keçiriləcək.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right