Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyunu üçün hakim təyinatları açıqlanıb.
Newsport.az xəbər verir ki, matçı Albaniya Futbol Federasiyasından Yucin Caya idarə edəcək. Ona Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq.