Nikaraqualı futbolçu Vidman Talavera karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 20 yaşlı vinger Premyer Liqadan təklif alıb.
Ölkəsinin ən perspektivli gənclərindən sayılan sol cinah oyunçusu Azərbaycanla yanaşı, Misir təmsilçisinin də diqqət mərkəzindədir. Ölkəsində “Esteli” klubunun formasını geyinən Talavera indi seçim qarşısındadır. O, ya komandada qalacaq, ya uzun müddətdir təklif göndərən misirlilərlə anlaşacaq, ya da Avropada çıxış etmək üçün Azərbaycana köçəcək. Ön xətt oyunçusunun bu ay ərzində qərarını verməsi gözlənilir.
Qeyd edək ki, Vidman Talavera Nikaraqua millisinin heyətində keçirdiyi 9 oyunda 1 qol vurub.