İsgəndərlinin komandası xal itirsə də, zirvədə qaldı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, sözügedən komanda 16-cı tur çərçivəsində səfərdə “Teuta” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.

“Eqnatiya” hazırda 34 xalla 1-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right