Dodo: “İndi mənim vaxtımdı” MÜSAHİBƏ

 "Qəbələ”nin futbolçusu Dodonun Newsport.az saytına müsahibəsi:
 

-"Krasnodar”la oyunun hazırlıqlarını necə dəyərləndirirsiniz?
-Həftə ərzində gərgin məşqlər keçmişik, çalışımışıq. İstəyirik ki, oyunda da, etdiyimiz məşqlərin bəhrəsini görək. 
 
-Son zamanlar yaxşı formadasan. Bunu nə ilə izah edə bilərsən?
-Xatırlayırsınızsa ötən mövsüm əməliyyat olunmuşdum. Mənə müəyyənmüddət vaxt lazım idi. Həmin müddət keçdi.  Vaxt gəldi çatdı. İndi mənim vaxtımdı.
 
-Adətən hücumçular və yarımmüdafiəçilər oyundan bir gün öncə qol vuracağını hiss edir. Hazırda səndə belə bir hiss varmı? Afinada olduğu kimi fərqlənə biləcəksənmi?
-Əlbəttə qol vursaq çox sevinərik. Mən əvvəlcədən qol vurmaq barədə fikirləşmirəm. Sadəcə oyunda bacardığımı edirəm ki, oyunda qol vuranlardan biri də mən olum. 
 
-Məşqlər zamanı rəqib üçün hansı sürprizlər hazırlamısan?
-Bu barədə tapşırıqları məşqçimiz verir. O, isə  bu günə kimi bu barədə danışmayıb. Sabahı gözləyək. Məşqçimiz sabah hansı tapşırıq versə o da, olacaq.
 
-Çox güman səfərdə əks-hücum taktikası oynayacaqsınız. Bu taktika sənin üçün münasibdimi?
-Hücumda da, müdafiədə də, komanda üçün əlimdən gələni edirəm. Hansı taktika ilə oynayacağımızın önəmi yoxdu. Əsas odu ki, komandam uğurlu çıxış etsin.
 
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right