Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyev klubunu dəyişib.
Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi "Uttaradit"lə başa çatan müqaviləsini yeniləməyib.
O, yenidən 3-cü liqa klubunda çıxış edəcək. Quliyev "Saraburi Yunayted"lə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözləşmənin müddəti haqda məlumat verilməyib.
Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev də Tailandda çıxış edir. O, bu ilin yayında yüksək liqada çıxış edən "Buriram Yunayted"ə keçib.