"Səbail"in daha bir futbolçusu üçün mövsüm erkən bitdi

“Səbail”in futbolçusu David Qomis mövsümü başa vurub.

Newsport.az-ın əldə etdiyi məlumata görə, ötən gün “Sabah”la matçın 15-ci dəqiqəsində zədələnən futbolçunun çarpaz bağları qopub.

Buna görə də Qomis üçün sezon erkən başa çatıb. O, mövsüm ərzində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Səbail"in hücumçusu Ağabala Ramazanov da ağır zədə almışdı. Onun da bu mövsüm meydana çıxmayacağı ehtimalı böyükdür. Ramazanov hazırda ev şəraitində müalicə alır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right