Rusiyanın “Alaniya” klubu baş məşqçi axtarışına çıxıb.
Newsport.az-ın məlumatına görə, Vladiqafqaz təmsilçisi “Sabah”ın çalışdırıcısı Murad Musayevlə maraqlanır. Hazırda birinci divizionun iddialılarından olan klub Masazır təmsilçisinin baş məşqçisini bu posta gətirməyi planlaşdırır. Amma danışıqların baş tutub-tutmaması haqda heç bir məlumat yoxdur.
Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir.
Son olaraq, Vladiqafqaz komandasına Oleq Vasilenko başçılıq edirdi. Komanda birinci liqada 6-cı pillədədir.