"Zirə" Azərbaycan Premyer Liqasının 16-cı turunda öz meydanında "Araz-Naxçıvan"ı qəbul edir.
Newsport.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov da var.
Hazırda Bakıda səfərdə olan FİFA-nın baş katibi Fatma Samouranın da matça təşrif buyuracağı gözlənilir.