Növbəti oyunların keçirilmə vaxtı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, vaxtı dəyişdirilmiş I turun 2 görüşü sabah baş tutacaq.
 
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər.
 
Saat 19:00-da isə “Azərreyl”lə UNEC komandaları qarşılaşacaqlar. Bu görüş “Murov Az Terminal”ın idman zalında keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right