Sumqayıt Kəpəzlə oyunun hazırlığına start verib

Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahəti başa vurub.

Newsport.az-ın məlumatına görə, komanda bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

Heyətdə zədəli futbolçu yer almır. Son turda AZAL-la qarşılaşmada zədələnmiş Tofiq Mikayılovda artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu oktyabrın 4-də saat 16:00-da Gəncə şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right