AFFA Şenol Günəşlə danışıqlar aparır Türkiyə mediasından iddia

Türkiyə mətbuatı AFFA-nın Azərbaycan millisinin baş məşqçi vəzifəsinə Şenol Güneşi gətirmək istədiyini iddia edib.

Newsport.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb. Bildirilib ki, AFFA türkiyəli mütəxəssislə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, federasiya danışıqların kimlərlə aparılmasına dair açıqlama verməyib.

Qeyd edək ki, 71 yaşlı Ş.Güneşin son iş yeri "Beşiktaş" olub. O, bu ilin oktyabrında İstanbul təmsilçisindən ayrılıb.

Xatırladaq ki, AFFA ötən ay millinin baş məşqçisi Canni De Byazini isefaya göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right