Xəzər Lənkəran Qəbələ ilə oyunun hazırlığına sabahdan başlayacaq

Azərbaycan Premyer Liqanın 6-cı turunda Bakının “Zirə” klubuna son dəqiqələrdə penalti qolu ilə məğlub olan “Xəzər Lənkəran” bu oyundan sonra qısa müddətli istirahətə çəkilib.

Newsport.az-ın məlumatına görə, sözügedən komanda sabah - sentyabrın 30-da Lənkəranda toplaşacaq və “Qəbələ” ilə səfər oyununun hazırlığına start verəcək.

Oktyabr ayının 3-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də Qəbələdə keçirib, oyun saatını gözləyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right