“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev üçün il bitib. Newsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədədən əziyyət çəkir.
Son iki görüşü buraxan Əliyev zədəsini təzələyib. Bu səbəbdən o, ilin son görüşlərində iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqa çərçivəsində ilin son oyunlarında “Neftçi”, “Zirə” və “Araz-Naxçıvan”la qarşılaşacaq. Komanda həmçinin Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə” ilə üz-üzə gələcək.