Millimiz ilk oyunda məğlub oldu

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Çexiya yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub.

Yığmamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 1-də, Bakı vaxtı ilə saat 23:00-da Belçika komandasına qarşı keçirəcək.

Yığmamızın mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right