Son 5 mövsümdə avrokuboklarda ölkəsinə ən çox xeyir verən klublar: “Qarabağ” ilk “üçlüy”ə düşüb

“Qarabağ” son 5 mövsümdə avrokuboklarda faiz baxımından ölkəsinə ən çox reytinq xalı qazandıran klubların sıralamasında üçüncü pillədədir.

Newsport.az-ın məlumatına görə, bu illər ərzində Azərbaycanın topladığı ümumi xalların 73,1 faizi Ağdam təmsilçisinin hesabındadır.

Qurban Qurbanovun yetirmələri 13.250 əmsalla ölkə reytinqinə fayda verib. Faiz baxımından “Qarabağ”ı yalnız iki komanda qabaqlayır. Bunlar Lixtenşteyn klubu “Vaduts” və Moldova təmsilçisi “Şerif”dir. Hər iki komanda 10.000 əmsal toplayıb. “Vaduts” ölkəsi adına 100, “Şerif” isə 76 faizlik göstəriciyə imza atıb.

Azərbaycanın hesabında olan 18.125 əmsalın 3.250-si “Neftçi”nin payına düşür. “Ağ-qaralar” bununla ölkə reytinqinə 17,93 faiz xeyir verib. Ancaq Bakı klubu Avropanın ilk “100-lüy”ünə düşə bilməyib.

Geridə qalan 5 mövsümdə ən yüksək əmsala malik klubların sıralamasında isə “Qarabağ” 22-ci yerdə qərarlaşıb. 100 komandanın düşdüyü reytinqə UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə təmsilçisi “Mançester Siti” başçılıq edir. “Şəhərlilər” bu müddət ərzində hesabına ümumilikdə 19.518 əmsal yazdırıb. Almaniya çempionu “Bavariya” (18.661) ikinci, Fransa liqasının qalibi PSJ (17.000) isə üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right