“Turan Tovuz”, “Kəpəz” və “Qarabağ” cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right