“Araz-Naxçıvan”da bir itki

“Araz-Naxçıvan” Misli Premyer Liqasının növbəti turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.

Newsport.az xəbər verir ki, gündə bir dəfə məşq edən komandada zədəli futbolcunun olmaması üzləri güldürsə də, qarşıdakı matçı cəza səbəbindən Vadim Abdullayev buraxacaq.

“Səbail”lə görüşdə sarı vərəqə alan futbolcunun passivindəki vərəqələrin sayı 4 oldu. Buna görə də Abdullayev “Zirə” ilə oyunda meydana çıxa bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right