"Neftçi"nin legioneri: “Turan Tovuz”a qol vursam, növbəti mətbuat konfransına da özüm gələcəyəm”

“Turan Tovuz”la oyunda qol vursam, növbəti həftə mətbuat konfransına yenə özüm gələcəyəm”.

Newsport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Lukas Melano mətbuat konfransında deyib.

Ötən həftə mətbuat konfransına qatılan komanda yoldaşı Rəhman Hacıyevin geridə qalan turda fərqləndiyini xatırladan argentinalı hücumçu bu ənənəni davam etdirmək istədiyini bildirib: “Mətbuat konfransına gələn futbolçunun qol vurma ənənəsini davam etdirməsini istərdim. “Neftçi” azarkeşlərinə səslənirəm ki, bu günə kimi etdiklərimizin daha artığını reallaşdırmağa çalışacağıq. “Neftçi”ni layiq olduğu yerlərə yüksəltmək istəyirik”.

XVII turda “Qarabağ”la üz-üzə gələcəklərini vurğulayan 30 yaşlı forvard Ağdam təmsilçisi ilə qarşılaşmada uğurlu nəticəyə ümid etdiyini bildirib: “Qarabağ”la oyuna qədər hələ iki tur var. Mövsümün sonuna isə hələ çox var. Düzdür, “Qarabağ”la aramızda xal fərqi böyükdür. Amma futbolda hər şey mümkündür. Həmçinin digər rəqibləri də düşünmək lazımdır. Onlardan sonra “Qarabağ”la matçda maksimum xal toplamalıyıq ki, fərqi aradan qaldıraq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right