Argentinalı hücumçu: “Azərbaycanı, mədəniyyətini çox bəyənirəm”

“Azərbaycanı, mədəniyyətini çox bəyənirəm”.

Newsport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Lukas Melano mətbuat konfransında deyib.

30 yaşlı argentinalı hücumçu bura gəlməmişdən əvvəl Azərbaycan futbolu barədə az məlumata malik olduğunu bildirib: “Azərbaycana gəlməmişdən əvvəl ölkə haqqında məlumatım yox idi. Çempionat barədə az bilgim var idi. Bir neçə tanış həmyerlim burada çıxış edib. Azərbaycana gəldikdən sonra buranın mədəniyyəti ilə maraqlanıram, tanış oluram”.

O, Azərbaycana gəldiyi ilk günlərdə təəccübləndiyini gizlətməyib: “Azərbaycanda insanların əcnəbilərə yanaşması məni təəccübləndirdi. Dil maneəsinə baxmayaraq, insanlar kömək etməyə çalışırlar. Bakını gəzmişəm, çox bəyənirəm. Daddığım yeməklərdən dolmanı bəyənmişəm. Ümumilikdə bura çox xoşuma gəlir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right