"Qarabağ" Almaniyadakı oyunda azarkeşlərin davranışına görə ziyana düşüb

UEFA "Qarabağ" klubunu 1750 avro cərimələyib.

Newsport.az Report-a istinadən xəbər verir ki, buna Azərbaycan çempionunun azarkeşlərinin Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundakı davranışları səbəb olub.

Fanatlar pirotexniki vasitələrdən istifadə ediblər.

"Köhlən atlar" IV turda bu komandaya qarşı Bakıdakı matça görə isə xəbərdarlıq alıb. "Qarabağ"ın 5 futbolçusu həmin vaxt sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, oktyabrın 26-da reallaşan qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Noyabrın 9-dakı görüşdə isə Bundesliqa klubu minimal hesablı qalibiyyətə sevinib - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right