"Azərbaycan millisində oynamaq arzum idi, amma Ukraynanın təklifindən də imtina etmərəm"

Azərbaycanın gənclərdən ibarət millisinin üzvü olmuş, hazırda Ukraynanın "Polesye" klubunda çıxış edən Emil Mustafayev Ukraynanın xsport.ua saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Vaxtilə Azərbaycanın gənclərdən ibarət milli komandasında oynamağı qəbul etmişdiniz. Bu qərarınıza görə peşman deyilsiniz ki?

- Atam istədiyi üçün Azərbaycanda oynamaq arzusunda idim. Ruslan Petroviç məni öz komandasına dəvət edəndə mən artıq Azərbaycanın gənclərdən ibarət yığmasında oynamışdım Ona görə də bir komandadan digərinə keçmək düzgün olmazdı.

- Milli komandadan təklif gəlmişdimi? Federasiya ilə danışığınız olmuşdu?

- Hələ mən "Aleksandriya"da olarkən danışıqlar var idi. İndi isə sakitlikdir.

- Ukrayna millisi ilə hekayənizə son qoymağınız üçün hələ tez deyil?

- Ukrayna millisinə dəvət min ildə bir dəfə ola bilər. Əgər təklif gəlsə, mən dəqiq imtina etməyəcəyəm. Mən burada böyümüşəm.

- Azərbaycanda əvvəllər "Minay"da çıxış etmiş Anatoli Nuriyev və Rüstəm Əhmədzadəyə qarşı münasibət necədir?

- Mən onlarla o qədər də yaxından ünsiyyət qurmuram. Əhmədzadə mütəmadi olaraq milliyə dəvət alır. Rüstəm isə kifayət qədər yaxşı vəziyyətdədir.

- Bu yaxınlarda Azərbaycanın və Ukraynanın gənclərdən ibarət milli komandaları Avro-2025-in seçmə mərhələsində  üz-üzə gəliblər. Keçmiş komanda yoldaşlarınız arasından fərqləndirə biləcəyin oyunçu varmı?

- Bir neçə maraqlı futbolçu var. Məsələn, qapıçı Rüstəm Simaqulin və kapitan Fərid Yusiflini qeyd edə bilərəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right