Premyer Liqa klublarının nümayəndələri ilə görüş keçirildi

Premyer Liqa, I və II Liqa klublarında çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün onlayn seminar keçirilib. Newsport.az xəbər verir ki, tədbir AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən aparılıb.
 
Seminarda iştirakçılar üçün lisenziyalaşdırma qaydalarında tətbiq olunacaq tələblər, onların klublara olan faydaları, oyundan əvvəl, matç zamanı və qarşılaşmadan sonra görməli olduqları işlər barədə təqdimat nümayiş olunub.
 
Daha sonra azarkeşlərlə əlaqələndirici şəxslərlə təşkilati məsələlər müzakirə edilib və onların təklifləri dinlənilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right