Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Newsport.az xəbər verir ki, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin II turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib.
Yarımmüdafiəçi Emin Mahmudov, Kristian Aslani, Yasir Asani, Bukayo Saka, Yan Vipotnik, Kilian Mbappe, Leandro Trossard, Sandro Volfinger və Yunus Akgünü qabaqlayıb.
Qeyd edək ki, Emin Mahmudovun İsveçlə matçda (3:0) vurduğu qol IX turun ən yaxşısı seçilmişdi.