Futbol üzrə Azərbaycan II Liqasında XIII turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Kürmük Qax" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 26-ya yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 12-ci yerdədir.
"Kürmük Qax" - "Füzuli" 0:2
Qollar: Təmraz Əmircanov, 18 (pen), Ceyhun Cavadov, 88