Şahrudin Məhəmmədəliyevin çıxış etdiyi klub baş məşqçisi ilə yollarını ayırıb

Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.

Newsport.az "Ajansspor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vildalaşıb.

Adana klubu son olaraq XIV turda evdə "Samsunspor"a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.

Qeyd edək ki, "Adana Dəmirspor" iyunun 30-da baş məşqçi ilə 2 illik müqavilə imzalamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right