Şahruddin 3 qol buraxdığı oyun haqda

Türkiyənin "Adana Demirspor" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Superliqanın 14-cü turunda "Samsunspor"la keçirilən oyundakı çıxışı ilə bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki,  2:3 hesabı ilə uduzduqları görüşdə start heyətində meydana çıxan Azərbaycan millisinin üzvü İnstaqram hesabında oyunu ilə bağlı yazıb:

"Bu, heyrətamiz azarkeşlərimiz qarşısında arzuladığım performans deyildi. Dəstəyiniz üçün təşəkkür edirik. Sizi razı salmaq üçün daha çox çalışacağımıza söz veririk”.

Qeyd edək ki, Şahruddin həmin görüşdə "Adana Demirspor"un heyətində ilk dəfə start heyətdə yer alıb. Adana klubu hazırda 23 xalla 5-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right