"Qarabağ"ın rəqibi məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb.

Newsport.az xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu komanda buna Bundesliqanın XIII turunda evdə Dortmund "Borussiya"sı ilə heç-heçə (1:1) etməklə nail olub.

Leverkuzen təmsilçisi rəsmi matçlarda son olaraq ötən mövsümün sonuncu turunda "Bohum"a yenilib - 0:3.

"Bayer 04" dekabrın 6-da Almaniya Kubokunun 1/8 finalda "Paderborn"la üz-üzə gələcək.

Qeyd edək ki, komanda Avropa Liqasının H qrupunda 5 turdan sonra 15 xalla liderdir. Bundesliqa təmsilçisi sonuncu - VI turda Norveç "Molde"sini qəbul edəcək. "Qarabağ" və "Molde" 7 xalla 2-3-cü pillələri bölüşdürürlər. Xalı olmayan İsveçin "Hakken" komandası sonuncudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right