Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşüb

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı XV turda “Səbail”lə matçda topu öz qapısından keçirib.

Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdular. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşiblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right