Azərbaycan Premyer Liqasının VI turuda "Zirə” ilə qarşılaşamda zədələnən "Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanovun durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə,Lənkəranda baş tutan matçın 75-ci dəqiqəsində qasıq nahiyəsindən zədə alan təcrübəli futbolçunun durumunun ciddi olmadığı aşkarlanıb.
Onun Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ” ilə səfər matçında oynayacağı gözlənilir.