"Qarabağ"ın legioneri iki ay oynamayacaq

"Qarabağ"ın müdafiəçisi Kevin Medina bir müddət komandasına kömək edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının 5-ci turunun “Molde” ilə səfərdə keçirilən görüşündə zədələnmiş kolumbiyalı qarşıdakı matçlarda meydana çıxmayacaq.

Onun təxminən iki ay “Qarabağ”ın oyunlarında iştirak etməyəcəyi gözlənilir.

Futbolçunun qasıq nahiyyəsində problem yaşanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right