"Qarabağ"la oyunda dubl edən yarımmüdafiəçi həftənin ən yaxşı futbolçusu adına namizəddir

UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Newpsort.az xəbər verir ki, bu ada İngiltərənin "Liverpul" klubundan Kodi Qakpo, Fransanın "Marsel" komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi "Frayburq"dan Mixael Qreqoritş və Norveçin "Molde" kollektivindən Kristian Eriksen iddia edir.

Yarımmüdafiəçi Eriksen məhz "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada iki qolla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right