Mahir Emreli: "Bizi çətin oyun gözləyir"

"Bizi çətin oyun gözləyir".

Newsport.az "Sportklub.n1info" nəşrinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli Qazaxıstanda "Astana"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi həm onlara, həm də meydan sahiblərinə xal lazım olduğunu bildirib: "Bu vaxta qədər "Astana"nı 5 dəfə məğlub etsək də, budəfəki matçın asan olmayacağını bilirik. Yaxşı duel olacaq. Ümid edirəm ki, yenidən qalib gələcəyik".

Qeyd edək ki, bu gün reallaşacaq "Astana" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right