“Xəzər Lənkəran” iki günlük istirahətdə

"Xəzər Lənkəran”ın Azərbaycan Premyer Liqasının VII turuna hazırlıq planı məlum olub. 

Newsport.az-ın məlumatına görə, VI turun "Zirə” ilə ev oyununda 0:1 hesabı ilə uduzan cənublular iki günlük istirahətə buraxılıb.
 
Komanda qısa müddətli fasilədən sonra sentyabrın 30-da Lənkəranda toplaşacaq. "Ağ-yaşıllar” "Qəbələ” ilə səfər oyununun hazırlığına start doğma stadionda start verəcək. Oktyabrın 3-də Qəbələyə yola düşəcək "Xəzər Lənkəran” oyunöncəsi son məşqini də qarşılaşmanın baş tutacağı arenada gerçəkləşdirəcək.
 
Qeyd edək ki, "Qəbələ” – "Xəzər Lənkəran” oyunu oktyabrın 4-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right