Adil Şükürov: "İstədiklərimizə hələ tam nail ola bilməmişik"

"Kəpəz" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Baku Sportinq"i 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Çox ağır bir oyun oldu. İlk növbədə çox şükürlər olsun ki, bu mərhələni adladıq. Mən bütün azarkeşlərimizə minnətdarlıq edirəm, bizə sona kimi dəstək verdilər. Bizi tək qoymurlar. Hər zaman yanımızdadırlar. Əlavə hissələrə qədər uzanan oyun izlədik. Qol epizodlarımız oldu. Komanda çalışdı ki, daha yaxşı oyun göstərsin. İstədiklərimizə hələ tam nail ola bilməmişik. Bunun üçün vaxt lazımdır. Çalışırıq, qarşıda "Sabah" ilə çətin oyunumuz var. İnşallah, uşaqlar həmin vaxta kimi bərpa olunub, oyuna rahat çıxa bilərlər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right