UEFA Gənclər Liqası: "Qəbələ" bu gün Yunanıstan klubu ilə üz-üzə gələcək

Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. "Qırmızı-qaralar" Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right