Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları start götürür.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə beş matç keçirilib.
Bu gün baş tutan qarşılaşmalardan sonra "Səbail, "Turan Tovuz", "Karvan", MOİK və "İrəvan" 1/8 finala yüksəlib.
Bu mərhələnin taleyini bir oyun həll edəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 noyabr
"Karvan" - "Difai Ağsu" 1:0
Qol: Voronsov 72
Baş hakim: Rauf Allahverdiyev
Yevlax şəhər stadionu
"Araz-Saatlı" - "İrəvan" 1:4
Qollar: Rəvan Əvəzov 79 (p) - Elvin Yunuszadə 4, Cavid Tağıyev 27, Vüsal Əsgərov 45+3(p), Arsen Ağcabəyov 70
Baş hakim: Kamal Umudlu
Saatlı OİK stadionu
MOİK - "Cəbrayıl" 4:0
Qollar: İsa Zeynallı (p), Cavidan Abbaszadə 45+3, 86, Elvin Vəliyev 73
Baş hakim: İnqilab Məmmədov
Binə qəsəbə stadionu
"Şəfa" - "Səbail" 0:7
Qollar: Samir Abdullayev 10, Yadin Luqasi 11, Adi Mehremiç 20, Taleh Qarayev 25, Amil Yunanov 39, 76, Aleksandr Ramalinqom 86
Baş hakim: Əli Əliyev
"ASCO Arena"
17:00 "Turan Tovuz" - "Göygöl" 5:1
Qol: Ayxan Quseynov, 4, 45, Belajdi Pusi, 41, 88, Tərlan Quliyev, 90+2 (pen) - Ülvi Cəlilov, 38
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu