“Yurqorden” azarkeşləri Musa Qurbanlının çıxışına qiymət veriblər

İsveçin “Yurqorden” klubunun azarkeşləri Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı çıxışına qiymət veriblər.

Newsport.az-ın “svenskafans.com” saytına istinadən məlumatına görə, sorğu zamanı həm 21 yaşlı forvard, həm də Stokholm təmsilçisinin digər hücumameyilli oyunçuları qiymətləndirilib.

Sorğu 2023-cü il ərzində “Yurqorden”in formasını geyinmiş 15 ön xətt oyunçusu arasında aparılıb. Həmin futbolçuların bəziləri yayda komandanı tərk ediblər. Hazırda “Yurqorden”də çıxış edənlər arasında ən zəif hücumameyilli futbolçu isə məhz Musa Qurbanlı olub. Onun komandadakı çıxışı 1 bala, yəni ən aşağı qiymətə layiq görülüb.

Qeyd edək ki, yay fasiləsində “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı İsveç klubunun heyətində keçirdiyi 17 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right