Premyer Liqa: Son 5 mövsümün rekordu

Premyer Liqanın XIV turunda “Turan Tovuz”u 4:0 hesabı ilə məğlub edən “Qəbələ”də Bilel Auaşeriya het-trikə imza atıb. Newsport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi cari mövsüm bir görüşdə rəqib qapısına 3 dəfə yol tapan 3-cü oyunçudu.
 
Bu isə son 5 mövsümün rekord göstəricisidi. Ona qədər “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia və “Sabah”ın hücumçusu Davit Volkov het-triklə yadda qalıb. Axırıncı dəfə 2018-19 mövsümündə 3 het-trik olub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir dəfə bunu bacarıb.
 
Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə baş tutub. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right