"Sabah"ın futbolçusu "Zirə" ilə anlaşdı

“Zirə” heyətini Azərbaycan millisinin üzvü ilə gücləndirəcək.

Newsport.az saytına verilən məlumata görə, “Sabah”ın futbolçusu Ceyhun Nuriyev qəsəbə klubuna keçəcək.

Artıq tərəflər arasında razılıq əldə edildiyi bildirilir.

“Sabah”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq Ceyhun artıq müəyyən müddətdir ki, əvəzedici heyətə göndərilib. Onun qışdan sonra “Zirə”nin formasını geyinəcəyi dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right