"Xəzər Lənkəran"da ciddi itki

Azərbyacan Premyer Liqasının 6-cı turunda "Xәzәr Lәnkәran" doğma meydanda "Zirә"ni qәbul edib.
Newsport.az-ın məlumatına görə, matç cәnublular üçün itki ilә yadda qalıb. 

Belә ki, komandanın әsas müdafiәçilәrindәn sayılan Rasim Ramaldanov meydanı yarımçıq tәrk etmək məcburiyyətində qalıb. O, matçın 73-cü dәqiqәsindә zәdәlәnib. Ramaldanovun durumunun ciddi olub-olmadığına  isә muayinədən sonra aydınlıq gәlәcәk.

Lәnkәran tәmsilçisindә ciddi itki olsa da, şad xәbәr dә var. "Ağ-yaşıllar"ın malili yarımmüdafiәçisi Sadio Tounkara sıralara dönüb. Bu gün komandanın ehtiyat oyunçular skamyasında yer alan afrikalı futbolçu isinmә hәrәkәtlәri yerinә yetirәn zaman azarkeşlәrin alqışlarını da qazanıb.

Qeyd edək ki,"Zirə"oyunun artırma dəqiqələrində penaltidən yararlanaraq 1-0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right