"Qarabağ"ın sabiq futbolçusu zədəsini sağalda bilmir

Fransanın “Sent-Etyen” klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vaci problemlə üzləşib.

 Newsport.az "Butfootballclub" nəşrinə istinadən xəbər verir ki, avqustun 12-də "Rodez"ə 2:1 hesabı ilə qalib gəldikləri Liqa 2-nin oyununda sıradan çıxan 28 yaşlı hücumçu hələ də zədəsini sağalda bilmir.

Onun dekabrın ortalarında yaşıl meydanlara qayıda biləcəyi ehtimal olunur. Daha əvvəl seneqallı forvardın oktyabrın sonlarında sıraya dönəcəyi gözlənilirdi.

Qeyd edək ki, İbrahima Vaci 2021/2022 mövsümündə "Qarabağ"ın formasını geyinib və komanda ilə Azərbaycan çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right