"Spartak"dan "Neftçi" ilə oyun haqda açıqlama

Moskva "Spartak"ının icraçı direktoru Oleq Maleşin "Neftçi" ilə Bakıda yoxlama oyunu keçirilməsinin nəzərdə tutulduğunu təsdiqləyib.

Newsport.az xəbər verir ki, o, "Sport-Express"ə açıqlamasında bu barədə deyib: "Neftçi" ilə münasibətlərimiz çox yaxşıdır. Oyunun tarixi hələ bəlli deyil, bilinən kimi məlumat verəcəyik. Hazırda komandanın ili uğurla başa vurması və yeni ilə yaxşı hazırlaşması bizim üçün əsas məsələdir".

Qeyd edək ki, iyulun əvvəlində komandalar Moskvada yoldaşlıq oyunu keçirib. Sözgedən matçda "Neftçi" "Spartak"a 0:2 hesabı ilə uduzub. "Ağ-qaralar" noyabrın 18-da Bakıda "Zenit"ə yoldaşlıq oyununda qalib gəlib - 2:1. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right