Canni De Byazi Qara Qarayevin Belarusla oyundan sonra (2022-ci il, 2:0) "qәlәmini qırdı". O vaxt әksәrimiz italiyalının hansısa ciddi sәbәbinin olduğunu düşünmüşdük. Hәrçәnd, Qaranın idmançı vә şәxsi keyfiyyәtlәrinә yaxından bәlәd olan biri kimi, şәxsәn inana bilmirdim ki, millidәn uzaqlaşdırılmağa sәbәb hansısa hәrәkәtә yol versin.
"Özü bilir..." deyib, niyә daha çağırılmadığına dair suallardan yayınırdı. Qarayev dә heç vaxt bu mәsәlәlәrә toxunmurdu vә yәqin ki, bununla hansısa ciddi sәbәbi varsa, açıqlasın - demәk istәyirdi.
Hәtta arada absurddan absurd olan "boyu balacadır" fikri yayıldı, ancaq sәbәb o deyilmiş. "Qafqazinfo"ya videomüsahibәdә hәrdәmxәyal italiyalı bu mәsәlәyә dә toxunub.
Deyib ki, Qaranı Belarusla oyunda Ramil Şeydayevin qoluna sevinmәmәsinә görә milliyә çağırmırdım.
Son vaxtlar sәrsәmlәmәlәrinin sayı-hesabı itәn bu şәxs dediyinin sübutu üçün göstәrdiyi videoda Qara görünmür. Həmin epizoda baxmaq istәyirsinizsә, videonun 1-ci dəqiqəsindən diqqәt edin...
O görüntülәrdә qola sevinmәyәn Qaranı gördünüzmü?
Bu nә cәfәngiyyatdır?!
Ümumiyyәtlә, uzun illәr millinin sabit oyunçularından olmuş birinә bu nә davranışdır?
Necә yәni qola sevinmәdi, ona görә millidәn uzaqlaşdırdım? Guya "sarı sim"ә toxunub hiylәgәrcәsinә vәziyyәti öz xeyrinә dәyişir...
Ok, belә ideoloji qәdirbilәnsәnsә, formasını çıxarıb yerә atan Eddi İsrafilovu nә әcәb millidәn uzaqlaşdırmadın?
Qara dayaq yarımmüdafiәsinin әn tәcrübәli oyunçusu kimi Eddinin yerini dar edirdi, Byazi.
Mәn bilirәm, Eddi milli komandada matçbaşı oynayır. Qara vә onun kimi milli ruhlular yox, Eddi vә onun kimi 3-4 ad millidәki çıxışı müqabilindә ya matçbaşı alır, ya da imtiyazları qarşılanır. Vә bu "milli" oyunçuların himayәdarları kimlәrdir, gün kimi aydındır...
Sәnin Qara ilә әdavәtinin motivi bәllidir bizә. Bizi aldada bildiyini zәnn etmә. Eddi vә onunkimilәri Azәrbaycana gәtirilmәyindә vә himayә edilmәyindә "xeyir-duası" olmuş Elşad Nәsirovun anti-milli mәqsәdlәrinin icraçı dәstәsi - әlbәttә, siz qarakimilәri uzaqlaşdırıb, eddikimilәrә meydan açacaqsınız ki, mәnfәәtiniz әskilmәsin.
İllәrdir, Azәrbaycan futbolu bu zehniyyәtin әsarәtindәdir. Milli vә peşәkar/dürüst hәr şeyi boğmağa cәhd ediblәr vә necәsә bunu bacarıblar. Qaraya atılan şәr-böhtan kimi...
Ona görә Azәrbaycan futbolu hüquq-mühafizә orqanları, ali hüquq tәrәfindәn tәftiş olunmalıdır - illәrdir müstәqil medianın bunu qabartması әbәs deyil...
Anası azәrbaycanlı, atası anqolalı, özü isә ispaniyalı olan Eddinin bizә bağlılığı olan yeganә tәrәfi - anası deyildimi, "pulumuzu vermәsәniz, gedәcәyik burdan!" deyәn?!
Hansı puldan danışırdı?
Millidәki çıxışına görә tәlәb etdiyi?
Qara indiyәdәk belә tәlәb sәslәndirib?!
Ancaq onu şәrlәyib millidәn uzaqlaşdırmaq, karyerasının әn yaxşı dönәmlәrindә mәnәvi-psixoloji zәrbә vurmaq vә sonra da hәyasızcasına, "bax, bu epizoda görә milliyә çağırmırdım" demәk?
Xainlik, naqislik...
Vә әlbәttә ki, bu özbaşınalıqlar öz başına edilmәyib, sifariş qulu olmağın nәticәlәridir.
Yәqin ki, ixtiyarlar bu camiәnin pәrdәarxasındakı kәlәkbazlıqlara bir gün әl qoyar. Onda MİLLİ ruhun düşmәnlәri, xainlәr ifşa vә s. edilәr...
Futbolpress.az
Elçin Cәlilov